"Uşaqlara görə 8 il şiddətə dözdüm"

"Uşaqlara görə 8 il şiddətə dözdüm"
4081 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Suna Yıldızoğlu qonaq olduğu verilişlərin birində etdiyi açıqlamalarla gündəmə gəlib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa proqramda 44 il öncə birlikdə olduğu musiqiçi Çetin Alpın 8 il ona şiddət göstərdiyini etiraf edib:

"Onun uşaqları üçün hər şeyə dözdüm, onlar böyüyəndə evdən ayrıldım. Çetin əsəblərini kontrol edə bilmirdi. Mənə dəfələrlə xəyanət etdi. Uşaqlarıyla görüşməyə davam edirəm".