Britaniyalı müğənni Adel yenidən karyerasına fasilə verəcək.
Axşam.az-ın məlumatına görə, bu barədə sənətçi "The sun" nəşrinə müsahibəsində deyib. O bildirib ki, konsert turnesindən sonra təhsil almağı planlaşdırır:
"Veqasdan sonra mən ingilis ədəbiyyatı üzrə dərəcə almaq istəyirəm. Müğənnilikdə fərqlənməsəydim, yəqin ki, mütləq müəllim olacaqdım. Düşünürəm ki, ingilis ədəbiyyatı müəllimi olacam. Mən öz işimdə ədəbiyyata olan həvəsimi istifadə etdiyimi hiss edirəm”.