Məşhur müğənni Rihanna 6 illik aradan sonra yeni mahnısını təqdim edib.
Axşam.az xəbər verir ki, ifaçının "Lift me up" adlı yeni solo treki işıq üzü görüb. Mahnı noyabrın 11-də premyerası olacaq “Black Panther: Wakanda Forever” filminin saundtrekinə daxil edilib.
Rihanna yeni mahnısını eyniadlı filmdə "Qara Pantera" rolunun canlandıran aktyor Çedvik Bouzmanın xatirəsinə həsr edib.
Qeyd edək ki, Bouzman 2020-ci ildə onkoloji xəstəlikdən dünyasını dəyişib.