Keti Perrinin bu hərəkəti hiylə imiş

Keti Perrinin bu hərəkəti hiylə imiş
2714 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl Las-Veqasda çıxışı zamanı müğənni Keti Perrinin səhnədə başına gələn hadisə günlərdir müzakirə edilir.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, sənətçinin qəfildən bir gözü qapanıb və o aça bilməyib. Həmin an Keti çıxışını dayandırmadan, göz qapağını bir neçə dəfə əlləri ilə düzəltməyə çalışıb. Bir çoxları bunun ifaçının qoyduğu ağır və saxta kirpiklərə görə baş verdiyini ehtimal edib. 

Müğənni məsələyə aydınlıq gətirmək qərarı verib. Yeni TikTok videosunda Keti bunun diqqəti cəlb etmək üçün xüsusi bir hiylə olduğunu söyləyib. O, hər şousunda bunu təkrarlayacağını eyham vurub.