Jizel Bündhen boşandı

Jizel Bündhen boşandı
993 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən varlı modellərindən olan Jizel Bündhen amerikalı idmançı əri Tom Bredidən boşanıb.

Axşam.az xəbər verir ki, bu barədə model sosial şəbəkədə yazıb:

"Tomla boşanma prosesimizi mehriban şəkildə yekunlaşdırdıq. Mənim prioritetim həmişə ürəkdən sevdiyim övladlarımız olub və olacaq. Biz onlara layiq olduqları sevgi, qayğı və diqqəti vermək üçün birgə valideyn olmağa davam edəcəyik”. 

Qeyd edək ki, 2009-cu ildə ailə quran ikilinin 14 yaşlı Benjamin, 9 yaşlı Vivian, 15 yaşlı Cek adlı övladları var. Cütlüyün boşanmasına səbəb idmançının ailəsinə vaxt ayıra bilməməsi olub.