97 yaşında dünyasını dəyişən türkiyəli tanınmış aparıcı dəfn olunub.
Axşam.az xəbər verir, mərasimə qatılanlar arasında müğənni Orxan Gəncəbay da olub. Lakin mərhumun oğlu Ümit Kıvanç sosial media hesabında paylaşım edərək sənətçinin yalnız kameralara düşmək üçün gəldiyini bildirib. O, Gəncəbay tərəfindən nə ona, nə də anasına başsağlığı verildiyini vurğulayıb:
"Atamın dəfninə gəlib poz verən bəzi məşhurlar bizə başsağlığı belə verməyib. Öndə yer tutub göründülər və getdilər. Məsələn, Orxan Gəncəbay bunlardan biridir".
O,Gəncəbay hələlik məsələ ilə bağlı açıqlama verməyib.


