Hellouin şənliyi faciə ilə bitdi - 151 ölü, 150 yaralı+Yenilənib

Hellouin şənliyi faciə ilə bitdi - 151 ölü, 150 yaralı+Yenilənib
5698 dəfə oxunub
  • A-
  • A
  • A+

Cənubi Koreyada təşkil olunan kütləvi Hellouin şənliyi faciə ilə yekunlaşıb.

Axşam.az xəbər verir ki, Seulda şənlik səbəbindən yaranan izdiham nəticəsində 50-dən çox insan ürəktutmasından həyatını itirib. 

Yerli medianın məlumatına görə, Seulun Itaewon rayonundan hadisə ilə əlaqədar təcili yardıma 80-dən çox zəng daxil olub.

***

Cənubi Koreyanın paytaxtı Seulda təşkil olunan Hellouin şənliyi zamanı yaranan izdiham nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb.

***

Seulda fəaliyyət göstərən FİN əməkdaşlarının son verdiyi məlumata görə, izdihamda ölənlərin sayı 146 nəfərə çatıb, 150 nəfər isə yaralanıb.

***

Seulun mərkəzində Hellouin bayramı zamanı baş verən izdiham nəticəsində ölənlərin sayı 151-ə, yaralananların sayı isə 150-ə çatıb. 355 nəfərin itkdin düşdüyü bildirilir.