Seulda faciə ilə nəticələnən Hellouin şənliyi zamanı k-pop müğənnisi, aktyor Li Cihan da vəfat edib.
Axşam.az xəbər verir ki, 24 yaşlı məşhurun bayram zamanı izdihamda həlak olan 153 qurbandan biri olduğu ortaya çıxıb.
Qeyd edək ki, Li 2019-cu ildə Koreya dramı "Bugün Namhyun üçün başqa bir gün idi"də də rol alıb.
Onu da qeyd edək ki, faciə ilə bağlı Cənubi Koreyada noyabrın 5-dək milli matəm elan olunub.