Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Hadisənin keçmiş həyat yoldaşı Mehmet Dinçərlərin küveytli müğənni Ravan bin Hüseynlə münasibətdə olduğu iddia olunub.
Axşam.az xəbər verir ki, cütlük ikinci dəfə də birlikdə görüntülənib. Bundan başqa, Ravan hazırda Türkiyədə olduğu və özəl hədiyyələr aldığı ilə bağlı paylaşımları ilə də şayiələri gücləndirib.
Qeyd edək ki, Hadisə ilə Mehmet sentyabrın 30-da boşanıb. Bundan başqa, Ravanın da həyat yoldaşından psixoloji təzyiqə görə boşandığı iddia edilib. Onun bu nikahdan bir qız övladı var.
Onu da əlavə edək ki, bir müddət əvvəl Mehmetin adı Hülya Avşar və Kaya Çilingiroğlunun qızı Zəhra Çilingiroğlu ilə hallansa da, xəbər daha sonra təkzib edilmişdi.