Neslihanla Kadir real həyatda da məzara giribmiş - Fotolar

Neslihanla Kadir real həyatda da məzara giribmiş - Fotolar
5899 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyorlar Kadir Doğulu ilə həyat yoldaşı Neslihan Atagülün rol aldığı "Gecənin ucunda" serialındakı qəbir səhnəsi müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə "İşık" ailəsinin üzvləri diri-diri məzara girərək ritual həyata keçiriblər. Maraqlı məqamlardan biri isə sözügedən səhnəni Neslihanla Kadirin real həyatda da gerçəkləşdirməsi olub. Cütlüyün yaxın çevrəsindən verilən məlumatlara görə, dərviş (səyahət edən, fiziki dünyadan imtina edən, mənəvi dünyada yaşayan, sufiliyi təbliğ edən dindar insan) olan Kadirin Neslihanla birgə bunu həyatda da etdiyi açıqlanıb. Ritual zamanı aktyorun yaxın dostu, müğənni Murat Dalkılıç da yanlarında olub.

Bundan başqa, səhnənin məhz ikili tərəfindən ssenariyə daxil edildiyi deyilsə də, ssenarist bunu təkzib edərək təsadüf adlandırıb.