Dueyn Consonun filmi rekord qırdı

Dueyn Consonun filmi rekord qırdı
1242 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Dueyn Consonun “Black Adam” filmi rekorda imza atıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyorun rol aldığı ekran işi premyerasının ikinci həftəsində 27,7 milyon dollar gəlir əldə edib.

Film bu göstərici ilə ABŞ prokatında ilk pilləyə yüksəlib.

İkinci yerdə isə Corc Kluni və Culiya Robertsin çəkildiyi “Cənnətə bilet”i qərarlaşıb.