Cənubi Azərbaycandan olan komediya ustası saxlanılıb

Cənubi Azərbaycandan olan komediya ustası saxlanılıb
748 dəfə oxunub
  • A-
  • A
  • A+

Cənubi Azərbaycandan olan komediya ustası Maziyar Şakur İran polisi tərəfindən saxlanılıb.

Axşam.az xəbər verir ki, buna səbəb Maziyarın açıq şəkildə qadınların, məktəbli qızların hüquqlarını müdafiə etməsi, onların öldürülməsinə qarşı çıxması olub.

Ötən gecə Maziyarın hesabında paylaşım edilərək onun hazırda evə buraxıldığı yazılıb.

Qeyd edək ki, komediya ustasının sonuncu paylaşımında "Ana yurdum, vətənim, Azərbaycandır bura! Yeddi-səkkiz tikədir, amma bir ostandı bura. Dili var, izzəti var, şövkəti vardır buranın. Milləti isbat eyləyib qeyrətə ilmandı bura" misraları ilə diqqət çəkib.

Onu da qeyd edək ki, sentyabrın 16-sında 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalaraq dünyasını dəyişməsinin ardından İranda aksiyalar keçirilir.