Reper Takeoff güllələnərək öldürülüb.
Axşam.az xəbər verir ki, 28 yaşlı amerikalı reper Hyustonda mübahisə yaşadıqdan sonra güllələnib.
"TMZ" nəşrinin məlumatına görə, atışma reperin dostları ilə birlikdə olduğu boulinq meydançasında baş verib. Görüş bitdikdən sonra reperlə iştirakçılardan biri arasında mübahisə baş verib. Odlu silahdan açılan atəş nəticəsində sənətçi həyatını itirib.
Qeyd edək ki, Takeoff əmisi Quavo və əmisi oğlu Offsetin də daxil olduğu "Migos" hip-hop qrupunun üzvü idi.