Türkiyəli aktyor Rıza Akın vəfat edib.
Axşam.az xəbər verir ki, aktyor 65 yaşında dünyasını dəyişib. Bu barədə onun yaxınları sosial mediada yazıb.
Ötən gün vəziyyəti pisləşən aktyor xəstəxanaya aparılıb. Bəlli olub ki, aktyorun beyninə qan sızıb. Dərhal əməliyyat olunan Akının müalicəsi reanimasiya şöbəsində davam etdirilsə də, bu gün səhər saatlarında həyatını itirib.
Qeyd edək ki, aktyor “Alev Alev”, “Kardeş payı”, “Maral”, “Cesur yürek”, “Can evim”, “Dayı”, “Kalp yarası” kimi seriallardakı rolları ilə yadda qalıb.