Türkiyəli aktrisa Burcu Kıratlı ilə keçmiş həyat yoldaşı Sinan Akçılın həmkarı Aleyna Kalaycıoğlu ilə eşq yaşadığı iddia olunub.
Axşam.az xəbər verir ki, şayiələrin ardından ilk açıqlama Burcudan gəlib və o, Aleynanın əvvəllər keçmiş həyat yoldaşına "qardaş" dediyini bildirib.
Bunun ardınca Sinan məsələyə münasibət bildirərək Burcunun yalan danışdığını deyib:
"Alina çox istedadlıdır. Həmişə arxandayam. Sevgili olmağımızla bağlı xəbərlər məni narahat etmir. Yaxşı münasibətimiz var, xoşbəxtik. Bu arada Burcu yalan danışır. Aleyna heç vaxt mənə "qardaş" deməyib".
Qeyd edək ki, Sinanla Burcu cütlüyü mayda ikinci dəfə boşanıb.