Komediya aktyoru Engin Günaydın açıqlamasıyla gündəmə gəlib.
Axşam.az xəbər verir ki, verilişlərin birində qonaq olan aktyor keçmişə nəzərən indi daha çox pulu sevdiyini deyib:
"Mən yaşlandıqca pulu çox sevməyə başladım. Əvvəllər heç belə duyğum yox idi. Mən çox yaxşı pullar qazana bilərdim. Amma özündəm razılıq edərək, o pulları rədd etməyim indi canımı çox incidir. İndi özümə səfeh deyirəm".