Türkiyəli müğənni-aktrisa Banu Alkan məhkəməlik olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Yeşilçam"ın "Afrodit" ləqəbli aktrisası kimi tanınan sənətçinin səsləndirdiyi "Beyaz orkide" adlı mahnının nəqarət hissəsinin Nikol Piçə məxsus olduğu ortaya çıxıb.
Nikol müğənnidən şikayətçi olub. Alkanın 5 ilə qədər həbsi tələb olunur.