"Miss Puerto-Riko" və "Miss Argentina" iki illik münasibətdən sonra gizli şəkildə ailə qurublar.
Axşam.az xəbər verir ki, 26 yaşlı argentinalı Mariana Varela və Puerto-Rikodan olan 22 yaşlı Fabiola Valentin toydan sonra birgə fotolarını sosial media hesablarında paylaşmağa başlayıb.
Bundan başqa, Valentin üzərində “Mənimlə evlənərsən?” yazısı olan şarların əhatəsində Varelaya evlənmək təklifi etdiyi anları da izləyicilərlə bölüşüb. İkili brilyant nişan üzüklərini də nümayiş etdirməyi unutmayıblar.
Qeyd edək ki, hər iki xanım ilk dəfə 2020-ci ildə "Miss Grand International" müsabiqəsində ölkələrini təmsil edərkən tanış olublar.