Rusiyalı müğənni Zlata Bojen vəfat edib.
Axşam.az xəbər verir ki, 41 yaşlı ifaçı oktyabrın 26-da vəfat etsə də ailəsi yalnız indi bununla bağlı məlumat yayıb.
Bildirilib ki, o, uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib, həkimlər ona dəqiq diaqnoz qoya bilməyiblər.