Sobçakdan sonra onun da evində axtarış aparılır

Sobçakdan sonra onun da evində axtarış aparılır
769 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı jurnalist Andrey Karaulovun evində axtarış aparılır.

Axşam.az xəbər verir ki, bu barədə o, özü məlumat yayıb. Jurnalistin sözlərinə görə, bu, həmkarı Kseniya Sobçaka qarşı iş və onun evində daha əvvəl aparılan axtarışla bağlıdır.

"Pyes" Kseniya Sobçak adlanır, ikinci hissə. Sobçakla heç nə alınmadı - Karaulovla alındırmaq istəyirlər” - deyə, jurnalist yazıb. O, həmçinin axtarış zamanı müxtəlif zorakılıq hərəkətləri edildiyini bildirib. 

Böhtanla bağlı cinayət işi çərçivəsində aparılan axtarışın "Rostex" şirkətinin rəhbəri Sergey Çemezovun müraciəti ilə edildiyi iddia olunub. Lakin o, məlumatı təkzib edib.

Hüquq-mühafizə orqanları TASS-a axtarışın aparıldığını təsdiqləyib:

"Hazırda jurnalist Andrey Karaulovun evində axtarış aparılır və ölkənin Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən böhtanla bağlı cinayət işi çərçivəsində istintaq hərəkətləri həyata keçirilir".

Məsələ ilə bağlı media agentliyinə danışan Karaulov xaricdə müalicə aldığını, lakin məsələ ilə bağlı Rusiyaya qayıdacağını açıqlayıb.

Qeyd edək ki, aparıcı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsinin "b" bəndi (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) ilə şübhəli bilinir. Sobçakın 15 ilə qədər həbsi nəzərdə tutulur.

İsrail pasportu alan Sobçakın son olaraq Litvada olduğu bildirilib.