Xəbər verdiyimiz kimi, ötən gün türkiyəli müğənni Ajda Pekkan omba sümüyünü sındırdığı üçün əməliyyat olunmuşdu.
Axşam.az xəbər verir ki, sənətçinin meneceri Oğuz Arınmış onun səhhəti ilə bağlı sosial şəbəkədə məlumat yayıb:
"Əməliyyat uğurlu keçib. Ajda xanım yaxşıdır. Sevənlərinə hər zaman olduğu kimi sevgilərini çatdırır”.
Qeyd edək ki, Ajda Pekkan əməliyyat olunduğu üçün qarşıdan gələn konsertləri təxirə salınıb.