Məşhur müğənni Selena Qomez ilk dəfə “Rolling Stone” jurnalının üz qabığında yer alıb.
Axşam.az xəbər verir ki, bundan başqa, ifaçı jurnala müsahibəsində şəxsi həyatı ilə bağlı bəzi açıqlamalar verib. O, etiraf edib ki, özü uşaq sahibi ola bilməyəcək. Onun sözlərinə görə, bipolyar pozğunluğuna nəzarət etmək üçün qəbul etdiyi dərmanlara görə çətin ki, hamiləlik yaşaya bilsin. Buna baxmayaraq Selena övladları olmasını istədiyini vurğulayıb.
Selena 2018-ci ildə keçirdiyi psixozdan da danışıb və bildirib ki, bundan sonra ona bipolyar pozğunluq diaqnozu qoyulub. İfaçı o zaman səslər eşitdiyini və yalnız həmin dövrün fraqmentlərini xatırladığını bildirib. O, xatırlayır ki, tibb müəssisəsində keçirdiyi bir neçə ay ərzində heç kimə etibar edə bilməyib və sanki paranoyak kimi gəzib.
30 yaşlı müğənni həyata keçirə bilmədiyi planlarına görə kədərli olduğunu söyləyib:
"25 yaşımda evlənəcəyimi düşünüb, o düşüncə ilə böyümüşəm. Həmin yaşa çatmaq məni pərişan etdi. Üstəlik, bundan qaça bilməzdim. Çox axmaq idim, amma həqiqətən də düşünürdüm ki, dünyam yıxılıb".