Rusiyalı müğənni MakSimin üçüncü övladının olacağı iddia edilib.
Axşam.az xəbər verir ki, 39 yaşlı ifaçının piar-meneceri Yana Boquşevskaya məsələ ilə bağlı açıqlama yayaraq xəbərləri təkzib edib və bunu "cəfəngiyat" adlandırıb.
Xatırladaq ki, Maksimin hamilə olduğu ilə bağlı xəbər "Star news" portalı tərəfindən yayılıb.
Qeyd edək ki, ifaçının səs mühəndisi Aleksey Luqovtsovdan 13 yaşlı Aleksandra və iş adamı Anton Petrovdan 8 yaşlı Mariya adlı iki qızı var.