Şakiraya xəyanət edən Pike karyerasını bitirir - Video

Şakiraya xəyanət edən Pike karyerasını bitirir - Video
1303 dəfə oxunub
  • A-
  • A
  • A+

"Barselona"nın müdafiəçisi Jerar Pike karyerasını sonlandırmağa hazırlaşır.

Axşam.az xəbər verir ki, futbolçu qəfildən klubunu tərk etmək və karyerasını başa vurmaq qərarı alıb. 35 yaşlı müdafiəçi bu barədə sosial media hesabında yazıb.

O, vida nitqini uşaqlıq illərinin əks olunduğu arxiv görüntüləri ilə səsləndirib. Pike başqa bir klubla əməkdaşlıq etməyəcəyini də vurğulayıb.

Xatırladaq ki, Pikenin xəyanəti ucbatından müğənni Şakira ondan ayrılıb. Cütlük 11 ildir münasibətdə olsalar da, rəsmi nikahda deyillər. Onların iki oğlu var - 9 yaşlı Milan və 7 yaşlı Saşa.

Qeyd edək ki, futbolçu son matçını şənbə günü çıxacaq.