İlon Mask tviteri alandan sonra Emberin hesabı yoxa çıxıb

İlon Mask tviteri alandan sonra Emberin hesabı yoxa çıxıb
497 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Ember Hördün tviter hesabı deaktiv edilib.

Axşam.az xəbər verir ki, maraqlı məqamlardan biri hesabın platformanı keçmiş sevgilisi “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask tərəfindən satın alınmasından bir həftə sonra yoxa çıxması olub. Bu barədə “People” nəşri məlumat yayıb.

Belə ki, aktrisanın səhifəsi axtarışa verildikdə "Bu hesab artıq mövcud deyil" deyə, yazılır.

Eyni zamanda, Emberin 5,3 milyon izləyicisi olan instaqram hesabındakı son paylaşımı iyunun 1-i  məhkəmənin keçmiş həyat yoldaşı Conni Depplə bağlı iş üzrə qərarın açıqlandığı günə təsadüf edir.

Qeyd edək ki, Maskla Ember 2016-cı ildə görüşməyə başlayıblar və iki il sonra ayrılıblar. Bir müddət əvvəl onların səmimi görüntüləri sosial media seqmentində yayılmışdı. Videonun Emberin Conni ilə evli olduğu vaxtlar birgə yaşadıqları evin liftində çəkildiyi iddia olunmuşdu.

Həmçinin, Conni məhkəmə prosesində şahid qismində belə Maska müraciət etmişdi.