Monika Belluççi bunu edən ilk qadın oldu - Fotolar

Monika Belluççi bunu edən ilk qadın oldu - Fotolar
4172 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur aktrisa Monika Belluççi "Style Magazine" jurnalının üz qabığına çıxan ilk qadın olub.

Axşam.az xəbər verir ki, şəkillər jurnalın rəsmi instaqram səhifəsində yerləşdirilib. 58 yaşlı Monika Belluççi "Style Magazine" üçün "Dolce & Gabbana"nın geyimlərində poza verib. Fotoların müəllifi Laurent Humbertdir, aktrisanın stili üzərində isə Sesilie Martin çalışıb.

"Mən xəyallarımın nəticəsiyəm" deyə, üz qabığında qeyd edilib.

Müsahibədə Belluççi ilk növbədə, karyerası ilə deyil, ailəsi ilə bağlı olan gələcək planlarından danışıb:

"İşə getmək və ya qızlarımla qalmaq arasında seçim etməli olsam, qızlarımı seçəcəyəm".