Türkiyəli şoumen Cem Yılmaz yeni eşqə yelkən açıb.
Axşam.az xəbər verir ki, şoumen aktrisa Seda Akmanla sevgilidir. Cütlüyün bir müddətdir görüşdüyü bildirilib. İddialar arasında münasibətə başladıqdan sonra Cemin aktrisaya son filmi "Ayzekle bir gece”də qısa bir rol verməsi də yer alır.
Qeyd edək ki, şoumen bundan əvvəl özündən 22 yaş kiçik sevgilisi aktrisa Rüya Demirbulutla sevgili idi. Həmin ərəfədə Cemin Rüyaya "Erşan Kuneri" serialında rol almasına yardımçı olduğu bəllidir.