Tviter şirkəti bir neçə gün əvvəl işdən çıxarılan bəzi əməkdaşlarını geri çağırmaq istəyir.
Axşam.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
İşdən azad olunan bəzi əməkdaşların yanlışlıqla çıxarıldığı bildirilir.
Qeyd edək ki, şirkət bir neçə gün əvvəl kütləvi şəkildə ixtisarlara görə ofislərini bağlamışdı. Tviterin yeni sahibi İlon Mask Hindistandakı ofis işçilərinin 50%-dən çoxunu işdən çıxarılmışdı.