“Ümidsiz evdar qadınlar” serialının ulduzu Eva Lonqoriya İspaniyanın şimalında yerləşən Asturiya əyalətinin şahzadəsi olub.
Axşam.az xəbər verir ki, bu barədə 47 yaşlı aktrisa sosial şəbəkədə məlumat yayıb. O, medalla təltif edildiyi fotoları paylaşaraq bunları yazıb:
“İndi mən Dame Lonqoriyayam. Latın Amerikası mədəniyyətinin inkişafına verdiyim töhfəyə görə Asturiyada belə bir mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. Heyf ki, atam bu gün burada ola bilməyib, amma bilirəm ki, o, mənimlə fəxr edir. Bu bölgədən olan bütün mükafatçıları təbrik edirəm”.
Qeyd edək ki, aktrisa 1603-cü ildə əcdadlarının Belmontda yaşadığını təsdiqləyən DNT testi vasitəsilə ailəsinin Asturiya mənşəli olduğunu aşkar edib.

