Şakira və Pikenin uşaqları kimdə qalacaq?

Şakira və Pikenin uşaqları kimdə qalacaq?
1868 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu yay ayrıldıqlarını elan edən keçmiş futbolçu Pike və müğənni Şakiranın övladlarının kiminlə qalacağı bəlli olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyə yaxın mənbənin məlumatına görə, ilin sonuna qədər 8 yaşlı Milan və 6 yaşlı Saşa atasıyla qalacaq. Yeni il tətilindən sonra isə qəyyumluq Şakiraya veriləcək və müğənni övladları ilə birlikdə Mayamiyə gedəcək.

Pikenin öz istəyi ilə uşaqları Şakiraya verdiyi deyilir.

Qeyd edək ki, vətəndaş nikahında yaşayan cütlüyün ayrılığına səbəb Pikenin xəyanəti olub.