İlon Mask 119 milyarddan çox pul itirib

İlon Mask 119 milyarddan çox pul itirib
2861 dəfə oxunub
  • A-
  • A
  • A+

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Maskın tviteri almağı planlaşdırdıqdan bu yana itirdiyi pulların miqdarı açıqlanıb.

Axşam.az xəbər verir ki, “Reuters”in məlumatına görə, bu, 70 milyard dollardan (119 milyard manatdan çox) çox edir.

"Forbes"in reytinqinə görə, noyabrın 8-də Maskın sərvəti 200 milyard dollardan (dəqiq 195,6 milyard dollar olub) aşağı düşüb.

Maskın sərvətinin azalması "Tesla"nın səhmlərinin qiymətinin aşağı düşməsi ilə əlaqələndirilir. Bu isə şirkətin bazar dəyərinin demək olar ki, yarısını itirməsinə səbəb olub (hazırda 623 milyard dollardır).

Qeyd edək ki, Mask platformanı aldıqdan sonra işçiləri işdən çıxartması, mavi işarəyə görə, ödəniş tələb etməsi və bəzi şəxslərin (buraya keçmiş vegilisi aktrisa Ember Hördün hesabı da daxildir) hesablarını silməsi tənqidlə qarşlanıb.