Məşhur türkiyəli müğənni Hadisə boşandıqdan sonra keçmiş həyat yoldaşı Mehmet Dinçerlerlə qaldıqları evdən tamamilə ayrılıb.
Axşam.az xəbər verir ki, ifaçı Riva bölgəsindən bu dəfə Yeniköyə köçüb. O, yeni mənzilini almaq üçün 40 milyon lirə (3 milyon 661 min 215 manat) ödəyib.
Onun yaxın günlərdə yeni evinə köçəcəyi bildirilib.