48 yaşlı aktyor narkotikdən vəfat etdi

48 yaşlı aktyor narkotikdən vəfat etdi
1324 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı aktyor Andrey Stoyanov vəfat edib.

Axşam.az xəbər verir ki, 48 yaşlı aktyor səhər saatlarında Moskvadakı mənzilində dünyasını dəyişib. Ölümün ilkin səbəbi kimi onun qadağan olunmuş maddələrdən həddindən artıq istifadə etməsi olduğu iddia edilib.

İddia olunub ki, huşunu itirən Stoyanov üçün təcili yardım çağırılıb, lakin həkimlər onu xilas edə bilməyib.

Qeyd edək ki, A.Stoyanov 10 illik karyerası müddətində  90-a yaxın ekran işində rol alıb. O, "Kriminal polis", "Qadağan olunmuş eşk", "40+, yoxsa sevginin həndəsəsi" kimi seriallarda müxtəlif rolları ifa edib.