Rusiyanın Xalq artisti Filipp Kirkorovun daha bir konserti qalmaqalsız ötüşməyib.
Axşam.az xəbər verir ki, ifaçı Qazaxıstanda baş tutan konserti zamanı səhnədən enərək zalda əyləşən şəxslərdən birinə iki dəfə gül buketi ilə vurub. Əsəbi halda səhnəyə qayıdan Kirkorov daha sonra buketi əlindən kənarə fırladıb.
Görüntülər qısa müddət ərzində sosial mediada yayılaraq tənqid olunub.
Hadisənin ardından açıqlama verən sənətçinin mətbuat katibi Yekaterina Uspenskaya bildirib ki, həmin şəxs Kirkorovun komandasının üzvü olub və o, bu hərəkəti onun işindən narazı qaldığı üçün edib.
Qeyd edək ki, bundan əvvəl müğənninin Dubaydakı çıxışı da müzakirələrə səbəb olmuşdu.