Türkiyəli aktyor Kıvanç Tatlıtuğun yeni layihəsi bəlli olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Organize işlər: Sazan Sarmalı" serialında rol alacaq.
Tatlıtuğ ekran işində baş rol obrazı "Sarı Saruhan"ı canlandıracaq. Serial "Disney Plus"da yayımlanacaq.
Qeyd edək ki, aktyor daha öncə "Organize işlər" filmində də baş rolu canlandırıb.