1991-ci ildə vəfat edən İngiltərənin məşhur “Quenn” qrupunun üzvü Freddi Merkurinin avtomobili hərraca qoyulub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin 1974 model "Rolls-Royce" markalı maşını dəyərindən 10 qat baha qiymətə satılıb.
Avtomobilin yeni sahibi onu 325 min dollara (təxminən 548 min manat) alıb.
Qeyd edək ki, sözügedən avtomobili Ukraynanın Xalq artisti Andrey Danilko hərraca çıxarmışdı. O, 2013-cü ildə aldığı nəqliyyat vasitəsini bir dəfə belə olsun canlı görməmişdi. Sənətçi maşından əldə etdiyi gəliri isə ölkəsi üçün xərcləyəcək.


