Büyük Britaniyan Kralı III Çarlz anası, Kraliça II Elizabetin ölümündən sonra onun ilk heykəlinin açılışını edib.
Axşam.az xəbər verir ki, heykəl ölkənin ən böyük qotik kilsəsi olan York Minsterin divarında yerləşir.
III Çarlz açılış zamanı bu fikirləri səsləndirib:
"Bu heykəl ilk dəfə beş il əvvəl planlaşdırılanda, mərhum Kraliçanın Platin Yubileyini, misli görünməmiş nailiyyətlərə malik hökmranlığını qeyd etmək üçün nəzərdə tutulmuşdu. İndi biz həmin hakimiyyətin sonuna böyük kədərlə şahid olduğumuz üçün heykəlin açılışını onun xatirəsinə ehtiramla edirik".