Türkiyədə reytinqlərdə ilk sırada olan "Yalı çapkını" serialı ilə bağlı maraqlı detal ortaya çıxıb.
Axşam.az xəbər verir ki, ekran işinin çəkildiyi villaya aylıq olaraq 600 min lirə (54 min 966 manat) ödənildiyi bəlli olub.
Qeyd edək ki, Sabancı ailəsinə məxsus mülkdə bundan əvvəl "Masumiyyet" serialı çəkilmişdi. Həmin çəkilişlərdə isə aylıq ödəniş 225 min lirə (20 min 612 manat) idi.
Onu da qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mert Ramazan canlandırır.