Filmin yaradıcı heyətini məhkəməyə verdi

Filmin yaradıcı heyətini məhkəməyə verdi
829 dəfə oxunub
  • A-
  • A
  • A+

"Rust" filminin çəkiliş meydançasında təsadüfən qadın rejissor Qalina Hatçinsi güllələyərək ölürən aktyor  Alek Bolduini ekran işinin yaradıcı heyətini məhkəməyə verib. 

Axşam.az xəbər verir ki, bu haqda sənədləri "The New York Times" əldə edib. Nəşrin məlumatına görə, iddiada silah mütəxəssisi Hannah Qutierrez-Reid, həmin gün silahı Balduinə verən və onu təhlükəsiz adlandıran rejissorun birinci köməkçisi Deyv Holls, rekvizit Sarah Zakri və silah təchizatçısı Set Kenninin adları yer alıb.

Aktyorun vəkili Luk Nikas şikayətində çəkiliş meydançasında olanların təhlükəsizliyi təmin etmək üçün öz peşə borcunu yerinə yetirmədiklərini yazıb:

"Bu faciə hadisə yerinə həqiqi hərbi sursatların gətirilərək tapançaya doldurulması səbəbindən baş verib".