Türkiyəli aktyor Kaan Urgancıoğlu ötən gecə paparatsilərin obyektivinə tuş gəlib.
Axşam.az xəbər verir ki, müxbirlərdən biri daha əvvəl məkan çıxışında içkili görüntülənən və jurnalistlərlə mübahisə yaşayan aktyoru sualı ilə qıcıqlandırıb. Belə ki, o, Kaandan "Sükan arxasındasınız, içkili deyilsiniz?" deyə, soruşub. Aktyor isə cavabında "Yox. Sabah çəkilişimiz var, əlimizə fürsət düşmüşdü, dedik yemək yeyək. İcazənizlə evə gedəcəyik" deyə, bildirib.
Ardınca çəkilişlərin necə gütməsi ilə bağlı verilən suala isə Kaan "Yaradıcı bir sual tapın" deyə, əsəbiləşib. Bunun ardınca müxbirlərdən biri "Bu dəqiqə soruşaq. "Kara sevda" serialında tərəf müqabillərinizdən olan Burak Özçiviti qısqandığınız deyilirdi, bu, düzdür?" deyə, ona sual ünvanlayıb. Aktyor isə öz növbəsində "Dəli oluram Burak üçün. Həqiqətən bacarıqlı və yaraşıqlı biridir. Onun qədər yaxşı olmaq istəyərəm" deyərək, oradan uzaqlaşıb.
Görüntülər Türkiyənin sosial media seqmentində yayılaraq müzakirələrə səbəb olub. İzləyicilərin böyük qismi müxbirin Kaana münasibəti pisləyib və "axmaq sual" verdiyini bildiriblər. Bundan başqa, Kaanın Burakdan daha yaxşı aktyorluq bacarıqları olduğunu yazaraq ona dəstək olublar.
Qeyd edək ki, Kaan hazırda "Yarqı" serialında rol alır.