"Erkeğe güven olmaz" serialında rol alacaq aktyorlardan daha ikisinin kimliyi bəlli olub.
Axşam.az xəbər verir ki, ekran işində Ahmet Kayakesen və Hülya Gülşen rol alacaq. Ahmet layihədə "Tuncay", Hülya isə "Şükran" obrazına həyat verəcək.
Qeyd edək ki, serialın baş rolunu Alperen Duymaz canlandıracaq.
Onu da qeyd edək ki, Hülya sonuncu dəfə iki il əvvəl "Maria ile Mustafa" serialında rol alıb.