Ərbilin bu halı müzakirələrə səbəb oldu - Video

Ərbilin bu halı müzakirələrə səbəb oldu - Video
1576 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli şoumen Mehmet Əli Ərbilin sosial mediada yayılan yeni videosu müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, pilləkənlərdə ayaqyalın və pərişan vəziyyətdə əyləşən şoumenin köməkçiləri tərəfindən oradan uzaqlaşdırıldığı görüntüləri yayılıb. Videoda əvvəlcə Ərbilin yaddaşı ilə bağlı problem yaşadığı düşünülsə də, daha sonra izləyicilər onun TikTok üçün belə bir addım atdığı qənaətinə gəlib.

Sosial media istifadəçiləri onu "TikTok üçün daha nələr edəcəksən?" deyə, tənqid ediblər. 

Qeyd edək ki, daha əvvəl şoumen TikTok-da canlı yayım zamanı dünya şöhrətli futbolçu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodrigesin ona görüntülü zəng etdiyini düşünmüşdü.