Rusiya qarşılıqlı prinsip çərçivəsində 100 Kanada vətəndaşının öz ərazisinə girişinə qadağa qoyub.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, “qara siyahı”ya aktyor Cim Kerri də daxildir.
Qeyd edək ki, bundan əvvəl Kanada Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirləri elan edib. Baş nazir Castin Trüdo genişləndirilmiş sanksiyalar siyahısına 23 Rusiya vətəndaşının daxil olacağını bildirib.