Hollivud ulduzu Cennifer Enistonun aktyor atası Con Eniston vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkədə məlumat paylaşıb. O, atasının ölüm səbəbini isə açıqlamayıb.
Qeyd edək ki, 88 yaşlı aktyor "Həyatımızın günləri" serialındakı Viktor Kiriakis obrazına görə "Emmi" mükafatına layiq görülmüşdü. Cenniferlə atası bu yay barışmışdı.