Beyons daha bir rekorda imza atdı

Beyons daha bir rekorda imza atdı
1659 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu il 65-ci dəfə keçiriləcək “Qremmi” mükafatının namizədləri açıqlanıb.

Axşam.az xəbər verir ki, ümumilikdə namizədlər 91 kateqoriya üzrə təqdim olunub. Nominasiyaların sayında liderlik dünyaca məşhur müğənni Beyonsa məxsusdur. Onun 6 illik aradan sonra buraxdığı "Renessans" albomu 9 nominasiyada mükafat üçün mübarizə aparacaq ki, bu da "Qremmi" tarixində növbəti rekorddur. Onun ardınca reper Kendrik Lamarin 8, müğənni Adelin isə 7 kateqoriyada namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Beyons mükafat tarixində bundan əvvəl 88 dəfə namizədlik qazanıb. Ümumilikdə 28 “Qremmi” mükafatı alan müğənni gələn ilki nəticələrinə görə, 31 mükafata layiq görülən Georg Solti geridə qoyaraq adını birinci sıraya yazdıracaq. Müğənni hazırda Quincy Jones ilə 2-ci yeri bölüşür.