Aktrisa-müğənni Merve Boluğurun son paylaşımları həyat yoldaşı, aranjimançı Mərd Aydınla aralarında problemin olduğu iddiasını ortaya atıb.
Axşam.az xəbər verir ki, son günlər Mervenin izləyiciləri ilə bölüşdüyü ailə fotolarında həyat yoldaşının yer almaması diqqət çəkib. Bundan başqa, aktrisanın son paylaşımlarında ana-atası ilə vaxt keçirdiyi əks olunub. Bu da onun evinə döndüyü ilə bağlı şayiələrin yaranmasına gətirib çıxarıb.
Həmçinin, Merver son paylaşımında "Çevirdiler şaşkına, lanet olsun aşkına" musiqi sözlərini ifa etməklə iddiaları daha da gücləndirib.
