"Briqada", "Bumer" filmlərinin ulduzu Vladimir Vdoviçenkovun səhhətində problemlər yaranıb.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı aktyor vertebro-bazilyar sindromundan (VBS - bu, bazilyar və ya vertebral arteriyalarda qan axınının zəifləməsi nəticəsində baş beyin fəaliyyətinin pozulmasıdır) əziyyət çəkir.
Vladimir xəstəxanaya yerləşdirilməkdən isə qəti şəkildə imtina edib. Həkimlər aktyora müalicəni təxirə salmamağı məsləhət görüblər.