Bir müddət əvvəl boşanma qərarı alan amerikalı model-aktrisa Emili Ratajkovski yeni sevgilisi ilə ilk dəfə görüntülənib.
Axşam.az xəbər verir ki, modelin Pit Devidsonla münasibətdə olduğu ortaya çıxıb. Cütlük ötən gün evlərinin yaxınlığında paparatsilərin obyektivinə tuş gəlib.
Qeyd edək ki, model bir neçə ay əvvəl amerikalı aktyor Sebastian Bear MakKlardla xəyanətə görə boşanmaq istədiyini açıqlayıb. 2018-ci ildə ailə quran cütlüyün 2021-ci ildə övladı dünyaya gəlib. Hətta aktrisa sonuncu dəfə biseksual olduğunu açıqlamışdı.

