Xəbər verdiyimiz kimi, aktrisa-müğənni Merve Boluğur həyat yoldaşı, aranjimançı Mərd Aydından boşanacağını təstiqləyib.
Axşam.az xəbər verir ki, aktrisa bu barədə paylaşımının ardından toy fotoları da daxil, Mərdlə olan bütün xatirələrini silib. O, həmçinin, soyadını dəyişərək, Aydını hesabından silib. Buna baxmayaraq Merve həmin toydan olan şəkillərini hesabında saxlayıb.
Qeyd edək ki, cütlük 41 gün əvvəl ailə qurub. Aktrisa daha əvvəl müğənni Murat Dalkılıçla ailəli olub.
