Aktrisa Məryəm Üzərli siması olduğu markayla müqaviləsini yeniləyib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa iki il də iranlı modelyer Fariba Pourkhajanın geyimlərini təqdim edəcək.
Üzərli bunun müqabilində 2 milyon dollar (təxminən 3 milyon 400 min manat) qazanıb.